"Klivlend Kavaliers"dən növbəti qələbə

Amerika Milli Basketbol Assosiasiyasının Şərq Konfransında növbəti pley-off matçı keçirilib. SportLine.az xəbər verir ki, "Klivlend Kavaliers" "Toronto Reptors"u qəbul edib. 

İlk oyunda qalib gələn “Klivlend Kavaliers” ikinci matça da qələbə əzmi ilə çıxıb. Rəqibinə yalnız ilk hissədə müqavimət göstərə bilən “Toronto Reptors” sonda məğlubiyyətlə barışıb – 89-108.

23 xal, 11 ribaund və 11 məhsuldar ötürmə ilə LeBron Ceyms və 26 xalla Kayri İrvinq  komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, bu gecə Qərb Konfransında “Qolden Steyt Uarriors” və “Oklahoma Siti Tander” üçüncü pley-off matçında üz-üzə gələcək.