Klub prezidenti səhvini etiraf etdi

“Napoli” futbol klubunun prezidenti Stefano De Laurentis Spalettinin komandadan ayrılmasına icazə verməklə səhv etdiyini bildirib.

Sportline.az xəbər verir ki, Spalettinin rəhbərliyi altında “Napoli” 33 il sonra 2022-2023 mövsümündə “Skudetto”nun qalibi olub.

"Sky sports"a verdiyi müsahibədə Laurentis “Spaletti? Mən onu buraxmaqla böyük səhv etdim”, - deyə etiraf edib.

Ötən yaydan Spaletti İtalya millisinin baş məşqçisidir. Mütəxəssis məşqçilik karyerasında 2 dəfə İtalya kubokunun, 2 dəfə Rusiya Premyer Liqasının qalibi olub.

Həmçinin 1 dəfə də Rusiya Kuboku və Super kubokunun qalibi olan məşqci 1 dəfə Skudettonu başı üzərinə qaldırıb. 

Qeyd edək ki, “Napoli” hazırda 23 həftəsi geridə qalan A Seriyasında 35 xalla 7-ci pillədədir.