Klublararası dünya çempionatında ilk finalçı məlumdur
Futbol üzrə Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.
Sportline.az xəbər verir ki, Mərakeşdə təşkil olunan yarışda əvvəlcə Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliyanın “Flamenqo” komandası qarşılaşıblar.
Beş qolun qeydə alındığı bu oyunda qalib gələn “Əl-Hilal” finala yüksəlib.
Digər yarımfinal matçında Misirin “Əl-Əhli” və İspaniyanın “Real” (Madrid) komandaları qarşılaşacaq.
Klublararası dünya çempionatı
Yarımfinal
7 fevral
Flamenqo (Braziliya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 2:3
Qol: Pedro, 20; 90+1 – Əl-Dosari, 4; 45+9-pen. Vietto, 70.