Kobe Brayant karyerasını bitirir

"Los Anceles Leykers"in şərəfini qoruyan Kobe Braynt mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb. SportLine.az "Associated Press"ə istinadən xəbər verir ki, jurnalistlərin qarşısına çıxan basketbolçu, "Artıq hər şeyi qətiləşdirmişəm. Qərarım hər hansısa problemlə bağlı deyil. Sadəcə, belə lazımdır", - deyib.

Qeyd edək ki, 37 yaşlı Kobe Brayant 1996-cı ildən "Los Anceles Leykers"in uğurları üçün çalışır.