"Kobra" Pərviz canlı yayımda imkansız ailələrə yardım edəcəyini açıqladı
Məşhur "Survivor" yarışmasına çıxış edən ilk azərbaycanlı kimi tarixə düşən döyüşçümüz Pərviz Abdullayev sosial şəbəkədə canlı yayıma çıxıb.
Sportline.az xəbər verir ki, son zamanlar imansız ailələri yardımı ilə gündəmə gələn fitness məşqçisi Kamil Zeynallı canlı yayımda Pərviz Abdullayevlə əlaqə saxlayıb.
"Kobra" ləqəbli döyüşçü onun bu addımını dəstəklədiyini və bu yardım kampaniyasına qoşulduğunu bildirib.
Qeyd edək ki, Pərviz Abdullayev gözlənilmədən "Survivor"u tərk edəndən sonra karantin rejiminə görə Dominikan respublikasından çıxa bilmir.