Kolo Ture istefaya göndərildi

İngiltərə Çempionşipində mübarizə aparan “Viqan” baş məşqçisi Kolo Tureni istefaya göndərib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən il noyabrın 29-da baş məşqçi təyin edilən Dil Dişi Sahili millisinin sabiq oyunçusu dünən vəzifəsindən kənarlaşdırdı. Gənc mütəxəssislə 2026-cı ilin yayına kimi müqavilə bağlansa da, onun sözləşməsi ləğv edilib.

“Viqan” Turenin rəhbərliyi ilə 9 oyuna 3 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşib. 

Qeyd edək ki, Ture bunadək ölkəsinin millisində və “Lester”də köməkçi-məşqçi kimi çalışmışdı. O, futbolçu karyerasında "Arsenal", "Mançester Siti", "Liverpul" və "Seltik"də çıxış edib.

Banner