Kolumbiyalı futbolçu "Qalatasaray"ın hədəfində

Transfer çalışmalarına start verən "Qalatasaray"ın ilk hədəfi "Fluminense"nin kolumbiyalı futbolçusu Con Ariasdır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, karyerasını Avropada davam etdirmək istəyən 26 yaşlı futbolçu "Cim-Bom"un radarına düşüb.

Con Arias Türkiyə klubu ilə yanaşı "Sevilya" və "Zenit"in də maraq dairəsindədir.

2021-ci ildən "Fluminense"də çıxış edən Arias daha əvvəl Meksika və Kolumbiya komandalarında çıxış edib.

Qeyd edək ki, sol cinah hücumçusu mövqeyində çıxış edən Con Arias bu mövsüm çıxdığı 22 oyunda 6 qol, 3 asistlə yadda qalıb.