Komandalarımızdan fərqli nəticələr

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə Avropa çempionatında 5-ci tura yekun vurulub. SportLine.az xəbər verir ki, bu tur milli komandalarımız fərqli nəticələr göstəriblər. 

Rusiya şahmatçıları ilə qarşılaşan kişilərdən ibarət komandamız heç-heçə ilə kifayətlənib. Qadın şahmatçılarımız isə Danimarkaya xal verməyib.

5-ci tur

AZƏRBAYCAN - RUSİYA - 2:2
Pyotr Svidler (2745) - Şəhriyar Məmmədyarov (2743) - 0,5:0,5
Aleksandr Qrişuk (2750) - Teymur Rəcəbov (2739) - 0,5:0,5
Yan Nepomnyaşi (2705) - Arkadi Naydiç (2689) - 0,5:0,5
Dmitri Yakovenko (2735) - Eltac Səfərli (2657) - 0,5:0,5

Turnir cədvəli:  

1. Rusiya - 9
2-4. Ukrayna, Fransa, Gürcüstan - 8 
5. Azərbaycan - 7

DANİMARKA - AZƏRBAYCAN - 0:4
Nina Noyberq (2200) – Zeynəb Məmmədyarova (2235) - 0:1
Sandra de Blekurt (2141) - Gülnar Məmmədova (2303) - 0:1
Esmat Kuindi (2057) - Xəyala Abdulla (2283) - 0:1
Tomin Stolberq-Rohr (1985) - Ülviyyə Fətəliyeva (2294) - 0:1

Turnir cəvdəli:

1. Rusiya – 10
2-3. Ukrayna, Gürcüstan – 8
...
11. Azərbaycan - 6