Komandamız Avropa çempionu oldu

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb.

Sportline.az xəbər verir ki, böyüklərdən ibarət aerodans komandamız 17,800 balla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Rusiya komandası 17,750 balla ikinci, Rumıniya yığması 17,400 balla üçüncü olub.

Komandanın tərkibində Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva mübarizə aparıb.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən 333 gimnast çıxış edib.