Komandamız dünya çempionatına hazırlaşır
Azərbaycanın para-pauerliftinq üzrə milli komandası baş məşqçi İlqar İbişovun rəhbərliyi altında Gürcüstanın Bakuriani şəhərində keçirilən beynəlxalq təlim-məşq toplantısında iştirak edir.
Sportline.az xəbər verir ki, hazırlıq prosesi noyabrın 25-dək davam edəcək.
Təlim-məşq toplanışından sonra millimizin üzvləri noyabrın 26-dan dekabrın 6-dək Tbilisidə keçiriləcək dünya çempionatında güclərini sınayacaqlar.
Dünya çempionatında ölkəmizi Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı Pərvin Məmmədov (49 kq), Zəhra Dadaşova (50 kq), Leyla Kərimova (+86 kq) və Nurlan Babacanov (97 kq) təmsil edəcəklər.