Komandamız İran seçməsilə bacarmadı

Rusiyanın Həştərxan şəhərində təşkil olunan "Caspian Cup-2019" turnirində futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib.

Sportline.az xəbər verir ki, komanda bu dəfə İran yığması ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qolunu Amadeu vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Futzalçılarımız turnirdə son oyununu sentyabrın 25-də, saat 15:00-da Qazaxıstan yığmasına qarşı keçirəcək.  

Qeyd edək ki, yığmamız turnirdə ilk matçında Rusiyaya uduzub - 1:2.