Komandamız Rusiyada iki medal qazanıb

Martın 8-dən 10-dək Saxa Respublikasının paytaxtı Yakutskda gənc sərbəst güləşçilər arasında Roman Dmitriev Memorialı keçirilib. 

Sportline.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 5 güləşçi təmsil edib.

Onlardan Asxab Həmzətov (92 kq) gümüş, Abubakr Abakarov (79 kq) isə bürünc medal qazanıb.