"Monako"nun futbolçusu Premyer Liqada çıxış edə bilər
"Monako"nun futbolçusu Lamin Kamara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Kristal Pelas" 22 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda "Foot Mercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, L.Kamara dəyəri 33 milyon avrodur.