"Barselona" yeni forvard axtarışındadır
"Bornmut"un hücumçusu Eli Junior Kroupi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
"Barselona" 20 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Eli Kroupi Juniorun dəyəri 80 milyon avrodur.