Konor Makqreqor fiziki durumunu nümayiş etdirdi

UFC-nin qalmaqallı sabiq çempionu Konor Makqreqor pərəstişkarlarına sürpriz edib.

Sportline.az xəbər verir ki, irlandiyalı idmançı sosial şəbəkədə yeni fotolarını paylaşıb.

İki ildir oktaqondan kənarda qalan Konor fiziki formasının qaydasında olduğunu nümayiş etdirib.

Xatırladaq ki, o, 2021-ci ildə keçirilən UFC 264 turnirində Dastin Porye ilə görüşdə ayağı sındıqdan sonra döyüşə qatılmayıb.