Konor Makqreqorun yeni qalmaqalı

Iyulun 11-də Las  - Veqasda UFC üzrə turnir çərçivəsində keçiriləcək döyüş böyük maraqla gözlənilir. Bu idman növünün ən populyar simalarından sayılan Konor Makqreqor Dastin Puaryeyə qarşı.

Sportline.az xəbər verir ki, yanvarda Puaryeyə nokautla uduzan Makqreqor həmin məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. İrlandiyalı döyüşçü ənənəvi mətbuat konfransında yenə də öz ampluasında olub. Rəqibi təhqiramiz sözlərlə qıcıqlandırmağa çalışan Makqreqor ona təpik atmağı da unutmayıb. Hisslərini cilovlamağı bacaran Puarye isə onun cavabını döyüşdə verəcəyini deyib. Qeyd edək ki, oyulun 11-dəki görüş kəmər uğrunda deyil. Amma, qalib gələn idmançı UFC-nin yüngül çəkisində hazırkı çempion Çarls Oliveyra ilə döyüşmək imkanı qazana bilər.