Konte İtaliyada qaldı

"Tottenhem"in bu yaxınlarda öd kisəsinin çıxarılması üçün əməliyyat olunan baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 final mərhələsində "Milan"la oyundan (0:1) sonra İtaliyada qalmaq məcburiyyətində qalıb.

Sportline.az xəbər verir ki, bu barədə London klubu məlumat yayıb. Məlumatda bildirilib:

“Antonio Konte tam sağalmaq üçün İtaliyada ailəsinin evində qalacaq. Sağlamlıq ən vacib şeydir və klubdakı hər kəs ona ən yaxşısını arzulayır. Köməkçi məşqçi Kristian Stellini müvəqqəti olaraqəsas komandanın baş məşqçisi vəzifəsinə keçəcək”.

Xatırladaq ki, italiyalı mütəxəssis bundan əvvəl səhhətindəki problemlərə görə İngiltərə Premyer Liqasının 22-ci turunun “Mançester Siti” ilə matçını (1:0) buraxmaq məcburiyyətində qalmışdı. O, fevralın 1-də əməliyyat olunub.

Banner