Konte "Napoli" mövzusuna reaksiya verdi
Antonio Konte "Napoli"ni çalışdıracağı ilə bağlı yayılan şaiyələrə münasibət bildirib.
Sportline.az xəbər verir ki, o, sosial şəbəkədə etdiyi paylaşımda yaxın vaxtlarda futboldan kənarda qalmaq niyyətində olduğunu deyib.
54 yaşlı mütəxəssis "İddialı klublarda çalışacağımla bağlı xəbərlər eşitməkdəyəm. Amma, təkrar edirəm ki, hazırda vaxtımı ailəmlə kçeirməkdən başqa fikrim yoxdur", - deyib.
Qeyd edək ki, son iş yeri "Tottenhem" olan Konte "Napoli"dən ayrılacağı gözlənilən Rudi Qarsiyaya ən real əvəzləyici hesab olunur.
