Konte saçı ilə bağlı məsələyə aydınlıq gətirdi
İtaliyalı mütəxəssis Antonio Konte saçı ilə bağlı müzakirələrə son qoyub.
Sportline.az xəbər verir ki, o, Futbol İtaliano nəşrinə açıqlamasında heç vaxt parik taxmadığını bildirib.
"Özümdə bəyənəmədiyim yeganə şey saçım olub. Amma, heç vaxt parikdən istifadə etməmişəm. Sadəcə Torontoda saç əkdirmişəm", - deyə Konte məsələyə aydınlıq gətirib.
Qeyd edək ki, son iş yeri "Tottenhem" olan 54 yaşlı məşqçinin "Napoli"yə gəlişi haqda xəbərlər dolaşmaqdadır.