Kontenin Alonso sevdası

İtaliya A Seriyasında "Yuventus"un hegemonluğuna son qoymaq istəyən "İnter" qış fasiləsində bir neçə transferlə heyətini güclədnirmək istəyir.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Antonio Konte "Çelsi"də rəhəbərliyi altında oynamış Markos Alonsonun transfer edilməsini istəyir. Sol cinahda problemlər olduğunu düşünən italiyalı mütəxəssis Alonso ilə boşluğu aradan qaldırmaq fikrindədir. 

Milan təmsilçisi baş məşqçinin tələbi ilə "Çelsi" ilə danışıqlar aparacaq. "Çelsi"də az şans qazanan 29 yaşlı futbolçunun yenidən İtaliyaya qayıtmaq arzusunda olduğu bildirilir.

"Çelsi" ispan müdafiəçini 2016-cı ildə 27 milyon avroya "Fiorentina"dan transfer etmişdi.