Kontenin "Qarabağ"la bağlı açıqlaması

Ölkə çempionumuz "Qarabağ" sabah Çempionlar Liqasının qrup mərhələsində debüt edəcək. Sportline.az xəbər verir ki, rəqib "Çelsi"nin baş məşqçisi Antonio Konte oyuna ciddi yanaşdıqlarını deyib. İtaliyalı mütəxəssis bütün diqqəti bu qarşılaşmaya yönəltdiklərini vurğulayıb:  "Lester"lə oyun artıq arxada qalıb. Qarşıda bizi "Qarabağ"la oyun gözləyir. İndi məni ancaq bu oyun düşündürür". Xatırladaq ki,  "Çelsi" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.