"Konyaspor"-"Fənərbağça" oyununun əcnəbi VAR hakimi bəlli olub
Super Liqanın 35-ci həftəsində keçiriləcək "Konyaspor"-"Fənərbağça" matçının əcnəbi VAR hakimi müəyyənləşib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, görüşün VAR hakimi Almaniya Futbol Federasiyasından Daniel Şlaqer olacaq.
Meydanda ədaləti isə Bahattin Şimşek qoruyacaq.
Qeyd edək ki, dünən keçirilən görüşdə "Qalatasaray" "Sivasspor"u məğlub edərək (6-1) "Fənərbağça" ilə arasındakı xal fərqini 7-yə yüksəldib.