"Kopenhagen" Bakıya gəlir
UEFA Çempionlar Liqasının "pley-off" mərhələsində "Qarabağ"ın qonağı olacaq "Kopenhagen" bu gün Bakıya gəlir. SportLine.az xəbər verir ki, Danimarka klubunun təyyarəsi Bakı vaxtı ilə saat 14:20-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş etməlidir.
Danimarka təmsilçisinin axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" görüşü sabah saat 20:00-da başlayacaq.