"Kopenhagen" əsas oyunçularından birini itirdi
UEFA Çempionlar Liqasının "pley-off" mərhələsində "Qarabağ"la qarşılaşacaq "Kopenhagen" Erik Yohanssonun xidmətindən məhrum olub. SportLine.az xəbər verir ki, mərkəz müdafiəçisi ölkə çempionatının son turunda “Horsens”ə qarşı görüşdə (1:1) zədələnib.
Diz bağları qopan isveçli futbolçu "Qarabağ"la görüşləri buraxacaq.
Xatırladaq ki, "Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı avqustun 23-ü Danimarkada keçiriləcək.