Kot d'Divuar və Ekvador pley-offa yüksəldi
DÇ-2026-da qrup mərhələsində sonuncu - 3-cü turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, bir qədər əvvəl başa çatan oyunların nəticəsinə əsasən Kot d'Divuar və Ekvador pley-offa vəsiqə qazanıb. Kürasao isə turnirlə vidalaşıb.
Almaniyaya 2:1 hesabı ilə qalib gələrək xallarını 4-ə çatdıran Ekvador ən yaxşı 8 qrup üçüncüsündən biri kimi 1/16 finala yüksələn ikinci komanda olub. Buna qədər Bosniya və Herseqovina da 4 xalla qrup üçüncüsü kimi pley-offa vəsiqə qazanmışdı.
Günün oyunları və nəticələr
3-cü tur
25 iyun
A qrupu
05:00. Çexiya – Meksika - 0:3
Qollar: Mateo Çavez, 55, Julian Kinyones, 61, Alvaro Fidalqo, 90+4
05:00. CAR – Cənubi Koreya - 1:0

Qol: T.Maseko, 63
C qrupu
02:00. Mərakeş – Haiti - 4:2
Qollar: Bono, 10-avtoqol (0:1), Əşrəf Hakimi, 39 (1:1), Vilson İsidor, 43 (1:2), İsmael Saibari, 45+1 (2:2), Soufiane Rahimi, 78 (3:2), Gessime Yassine, 89 (4:2)
02:00. Şotlandiya – Braziliya - 0:3
Qollar: Vinisius Juniyor, 7, 45+3, Mateus Kunya, 60

26 iyun
E qrupu
00:00. Kurasao - Kot d'Divuar - 0:2
Qollar: Nikolya Pepe, 7, 64
00:00. Ekvador - Almaniya - 2:1
Qollar: Sane, 2 (0:1), Anqulo, 9 (1:1), Plata, 77 (2:1)
