"Kristal Pelas" futbolçusu üçün 50 milyon avro istəyir

"Kristal Pelas"ın ingiltərəli stoperi Mark Gehi "Nyukasl Yunayted"in transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, bu haqda "Times Sport" nəşri məlumat yayıb.

25 yaşlı futbolçu üçün "Kristal Pelas" 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Nyukasl"ın rəhbərliyi Gehi üçün 40 milyon avroluq rəsmi təklif göndərmişdi. Lakin qarşı tərəf bu təklifi rədd etmişdi.