"Kristal Pelas" "Yuventus"la transfer yarışına girib

"Jirona"nın futbolçusu Arnau Martinez bu yay komandasını dəyişə bilər.

Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Kristal Pelas" və "Yuventus" klubları A.Martinezi transfer etmək istəyir.

22 yaşlı ispaniyalı sağ cinah müdafiəçisinin dəyəri "Transfermarkt" portalına görə, 10 milyon avrodur.

Qeyd edək ki, Martinezin sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.