Kristiano Ronaldo "Əl Nəssr"lə yeni müqavilə imzalaya bilər

Kristiano Ronaldnun "Əl Nəssr"lə yeni müqavilə imzalamağı istisna deyil.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs öz 'X" sosial şəbəkəsindən məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər onun klubda daha uzun müddət qalmasında maraqlıdırlar. 2025-ci ildə televiziya hüquqlarının yenilənməsi ilə Ronaldonun növbəti dövrədə iştirakı vacib hesab edilir.

Ronaldo bu mövsüm "Əl Nəssr"lə çıxdığı 41 oyunda 42 qol vurub, 12 asist edib.

Qeyd edək ki, Ronaldonun hazırki transfer dəyəri 15 milyon avrodur.