Krivotsyukun keçəcəyi klub müəyyənləşdi

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən millimizin üzvü Anton Krivotsyukun Cənubi Koreyanın hansı klubuna keçəcəyi məlum olub.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Eugenio Qonsales Agilera "Polskie Radio"ya açıqlamasında məlumat verib. Polşada yaşayan ispan jurnalist yüksək liqa təmsilçisi "Tecon Hana Sitizen"in millimizin müdafiəçisi üçün 600 min avro ödəyəcəyini bildirib.

Qeyd edək ki, Anton Krivotsyuk 2021-ci ilin yayında "Neftçi"dən Plotsk "Visla"sına keçib. 24 yaşlı müdafiəçi bu komandada 28 oyun keçirib və 3 qol vurub.