Kubokun final matçının vaxtı açıqlandı
Futbol üzrə Azərbaycan kuboku turnirinin final matçının başlama saatı açıqlanıb. Sportline.az Peşəkar Futbol Liqasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək. Xatırladaq ki, mayın 5-də Naxçıvan şəhər stadionunda keçiriləcək oyunda "Qarabağ"la "Qəbələ" üz-üzə gələcək.