Kubokun sahibi müəyyənləşdi

Portuqaliya Liqa Kubokunun sahibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, finalda "Portu" və "Sportinq" qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn "Portu" kubokun sahibi olub.

"Sportinq" - "Portu" - 0:2
Qollar:
 Eustakiu, 10, Markano, 86

Qeyd edək ki, "Portu" tarixində ilk dəfə Portuqaliya Liqa kubokunu qazanıb. Əvvəllər klub dörd dəfə (2010, 2013, 2019 və 2020-ci illərdə) finala yüksəlib, lakin hər dəfə məğlub olub.

Banner