Kukurelya Fransa ilə oyunda qələbəyə inanır
İspaniya millisinin futbolçusu Mark Kukurelya AVRO:2024-ün 1/2 final mərhələsinin Fransa ilə oyunu haqqında fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, o, görüşqabağı komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürdüyünü bildirib.
"Fransa ilə oyunda çox diqqətli olmalıyıq. Topu özümüzə mümkün qədər tez qaytarmağa çalışacağıq. Bunu bacarsaq, istəyimizi reallaşdıra bilərik. Təcrübəlilərlə gənclərin vəhdətin formalaşmız yaxşı komandamız var. Bu cür yarışlarda ailə kimi bir olmaq vacib amillərdəndir. Bir həftə qalıb. Ümid edirəm ki, ən yaxşı hadisələr qabaqdadır", - deyə Kukurelya UEFA-nın saytına açıqlamasında bildirib.
Qeyd edək ki, İspaniya - Fransa matçı sabah Bakı vaxtı ilə 23::00-da başlanacaq.