Kuman: "Bilirəm türkiyəli azarkeşlərdən nə gözləmək olar"

Türkiyə millisi bu gün Avropa çempionatının 1/4 finalında Niderlanla qarşılaşacaq.

Sportline.az xəbər verir ki, "narıncılar"ın baş məşqçisi Ronald Kuman oyunla bağlı fikirlərini bölüşüb.

"Bilirik türkiyəli azarkeşlərdən nə gözləmək olar. Belə abi-havada oynamaq əla olacaq. Topa nəzarətə diqqət yetirməliyik. Rəqib böyük həvəs və təşəbbüslə oynayan komandadır. Onlar həqəqətən də ürəkdən oynayırlar. Amma, bu, bizi qorxutmur. Qarşılaşmaya hazırıq", - deyə Kuman oyunqabağı mətbuat konfransında bildirib.

Qeyd edək ki, Berlində keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.