Kvabena Ovusu meydanı xərəkdə tərk etdi
Yanvarda "Qarabağ"dan ayrılaraq "Ferensvaroş"a keçən Kvabena Ovusu zədələnib.
Sportline.az xəbər verir ki, qanalı hücumçu Macarıstan çempionatının 18-ci turunda "Uypeşt"lə matçın (3:1) sonlarında top uğrunda mübarizə zamanı ağır zədə alıb. Futbolçu meydançı xərəkdə tərk edib.
Onun son durumu tibbi müayinədən keçdindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, K.Ovusu 61-cı dəqiqədə meydana daxil olmuşdu.