Kvarasxeliya ən zəif bənd oldu

Xviça Kvarasxeliya İtaliyada ən zəif oyunlarından birini keçirib.

Sportline.az xəbər verir ki, bu, A Seriyasının 15-ci turuna təsadüf edib.

Gürcüstanlı futbolçu 1-0 hesabı ilə nəticələnən oyunda "Napoli"nin ən zəif oyunçusu adlandırılıb.

Böyük ümidlər bəslənən yarımmüdafiəçi həmin oyunda əlverişli vəziyyətdən yararlanmağı bacarmamaqla yanaşı məhsuldar ötürmə də verməyi bacarmayıb.

Xviça yalnız 87-ci dəqiqədə aldığı sarı vərəqə ilə yadda qalıb.

Bunu nəzərə alan İtaliyanın nüfuzli idman nəşrləri onu ən aşağı balla qiymətləndiriblər.