"Latzio"dan "Mançester Siti"yə transfer olacaq
"Latzio"nun italiyalı futbolçusu Nikolo Rovella karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Siti" N.Rovella üçün "Latzio" ilə danışıqlara başlayıb. Tərəflər arasında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, Nikolo Rovellanın İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Onun hazır ki dəyəri 25 milyon avrodur.