Lautaro Martines Vyeriyə çatdı

"İnter"in hücumçusu Lautaro Martines komandanın əfsanəvi forvardı Kristian Vyerinin göstəricisini təkrarlayıb.

Sportline.az xəbər verir ki, argentinalı futbolçu komandanın heyətində 123-cü qolunu vurub.

O, sözügedən nəticəyə İtaliya Super kubokunun "Napoli"yə qarşı oyununda imza atıb.

Lautaro 2018-ci ildən milanlıların formasını geyinir.

Argentinalı ulduz bu mövsüm meydana çıxdığı 20 qol və 5 məhsuldar ötürmə müəllifidir.