Leao London klubundan təklif alıb
"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki. "Tottenhem" 26 yaşlı futbolçu üçün təklif göndərib.
R.Leaonun transfer qiyməti 70 milyon avrodur. O, ötən mövsüm meydana çıxdığı 51 matçda 12 qol 11 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, sözü gedən futbolçunun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.