Leni Yoro peşman olub

Leni Yoro "Mançester Yunayted"ə transfer olduğuna görə peşman olub.

Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

Yoro bu yay "Real Madrid"ə transfer olmaq niyyətindədir.

Qeyd edək ki, fransalı stoperin "Mançester Yunayted"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 1 qol 1 asist müəllifi olub.

Xatırladaq ki, Leni Yoro 2024-cü ilin yayında "Lill"dən "Mançester Yunayted"ə 62 milyon avro qarşılığında transfer olmuşdu.