Leo Messi Dünya çempionatında növbəti rekorda imza atdı
Lionel Messi yenə futbol tarixinə adını yazdırdı. Argentina millisinin kapitanı Dünya çempionatları tarixində ardıcıl 7 oyunda qol vuran ilk futbolçu olub.
Sportline.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Messi Dünya Çempionatı tarixində ardıcıl 7 oyunda fərqlənən ilk futbolçu kimi rekordun tək sahibi oldu. O, daha əvvəl 6 oyunluq seriya ilə bu göstəricidə Jüst Fonten və Jayrzinyo ilə eyni pilləni bölüşürdü.
Qeyd edək ki, Messi İordaniya ilə oyunda vurduğu qolla Dünya çempionatlarındakı qol sayını 19-a çatdıraraq öz rekordunu daha da yaxşılaşdırıb.
Futbol dünyası bir daha canlı əfsanənin tarix yazmasına şahidlik edir.