Leonid Slutski istefa verdi

Rusiyanın "Rubin" klubu baş məşqçisi Leonid Slutski ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Kazan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Slutski öz istəyi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, "Rubin" Rusiya 1-ci divizionunda mübarizə aparır. Slutski 2019-cu ilin dekabrından "Rubin"i çalışdırırdı. 

Rusiya millisinin sabiq baş məşqçisi SSKA (Moskva), "Hall Siti" (İngiltərə), "Vitess" (Niderland) klublarının da baş məşqçisi olub.

Banner