Leonid Slutski Çində ardıcıl 2-ci dəfə bu mükafata layiq görülüb

'Şanxay Şenua"nın rusiyalı calışdırıcısı Leonid Slutski Çin Super Liqasında aprelin ən yaxşı baş məşqçisi seçilib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, 53 yaşlı mütəxəssis ardıcıl 2-ci ay  bu mükafata sahib çıxıb.

Şanxay təmsilçisi aprel ayında çıxdığı 6 oyunda 4 qələbə qazanıb, 2 dəfə heç heçə edib.

Bu oyunlarda 10 qol vuran Slutskinin komandası qapısında 4 qol görüb.

Qeyd edək ki, "Şanxay Şenua" Super Liqada 11 turdan sonra 27 xalla zirvədə qərarlaşır.