Levandovski "Barselona"dan ayrıla bilər
"Barselona" yaxın vaxtlarda hücumçusu Robert Levandovskinin klubdakı gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Barselona"' rəhbəriliyi polşalı futbolçunun yüksək müqavilə şərtlərindən narahatdır. Klub yayda Robert Levandovski ilə yolları ayırmaq barədə düşünür.
Xatırladaq ki, Levandovskinin "Barsa"da vergiləri çıxmaq şərti ilə 32 milyon avro qazandığı iddia edilmişdi.
Qeyd edə ki, 35 yaşlı forvard 2022-ci ildən katalonların şərəfini qoruyur. O, bu mövsüm çıxdığı 45 oyunda 24 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.