Levandovski "Barselona"dan ayrılmaq istəyir
"Barselona"nın polşalı futbolçusu Robert Levandovski mövsümün sonunda klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda məlumatı "El Nacional" nəşri yayıb.
Levandovski "Barselona" ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, 36 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
R.Levandovski bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 23 qol və 2 asistlə yadda qalıb.