Lider tilsimi qıra bilmir

"Zenit" komandası 4 oyundur azarkeşlərinə qələbə sevinci yaşada bilmir.

Sportline.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi bu gün də tilsimi qıra bilməyib.

Premyer Liqanın 27-ci turunda "Fakel"lə qarşılaşan Semakın komandası 1-1 hesablı bərabərliklə geri dönüb.

Qeyd edək ki, "Zenit" son qələbəni 25-ci turda "Orenburq"la oyunda qazanmışdı.

Həmin görüş 1-0 hesabı ilə sankt-peterburqluların xeyrinə nəticələnmişdi.