"Lion" Valbuenanın ölüm xəbərinə münasibət bildirdi
Fransanın “Lion” klubu Matye Valbuenanın ölüm xəbərini təkzib edib. SportLine.az xəbər verir ki, şaiyələrə klubun rəsmi səhifəsindəki açıqlamada münasibət bildirilib: “Sosial şəbəkədə onun ölüm xəbəri alçaq adamların işidir. Xoşbəxtlikdən, Valbuena sağ və salamatdır”. Xatırladaq ki, ötən gecə sosial şəbəkələrdə Fransanın tanınmış futbolçusunun ölüm xəbəri yayılmışdı.