UEFA "Lion" - "Beşiktaş" matçı ilə bağlı işə başladı

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Lion" - "Beşiktaş" görüşündə yaşananlarla bağlı araşdrmaya başlayıb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Lion" klubuna azarkeşləri  meydana yad cisim atdıqları, meydana girdikləri üçün intizam işi açılıb.
 
"Beşiktaş"a da azarkeşlərin tribunada baş verən hadisələr səbəbindən cəza veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Lion" - "Beşiktaş" görüşü sözügedən hadisələrə görə təxminən 45 dəqiqə gec başlayıb.