"Liverpul" 70 milyon avro tələb edir
"Liverpul" uruqvaylı forvardı Darvin Nunyesin transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, Mersisayd klubu 26 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.
Darvinin "Liverpul"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözü gedən futbolçu ilə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.