“Liverpul” “Atletiko Madrid”ə qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunları davam edir.

Sportline.az xəbər verir ki, “Liverpul” “Enfild Roud”da “Atletiko Madrid”lə münasibətlərini aydınlaşdıracaq.

Mersisayd təmsilçisində yeni transfer Aleksander İsakın oynayıb oynamayacağı sual altındadır. Aleksis Mak Allisterin durumuna matç saatlarında aydınlıq gələcək.

“Atletiko Madrid”də isə itkilərin sayı kifayət qədərdir. Aleks Baena, Xoni Kardoso, Jose Ximenez, Xuliyan Alvares və Tiaqo Almada zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti saat 23:00-da səslənəcək oyunu Maurizio Mariani idarə edəcək.