“Liverpul” “Ayntraxt”ın qonağı olacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, son oyunlarda uğursuz çıxış edən “Liverpul” bu turda “Ayntraxt”la qarşılaşacaq. 

Mersisayd təmsilçisində Vataru Endo, Allison Beker, Ciovanni Leoni və Stefab Bayçetiç baş məşqçi Arne Slotun sərəncamında olmayacaq.

“Ayntraxt”ın isə görüşə optimal heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, start fiti 23:00-da səslənəcək matçı fransalı Fransua Leteksiye idarə edəcək.